single_image image=”5
3697″ img_size=”large” alignment=”center” style=”vc_box_border_circle”]
Unikal KİDS – Məktəbəqədər hazırlıq.
Məktəbəqədər hazırlıq 4-5-6 yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur. Bu hazırlıq uşaqlarada ilkin dünya görüşü, riyazi və məntiqi təfəkkürün, oxu və yazı bacarığının formalaşdırılması ilə yanaşı, gələcəkdə məktəb dərslərini daha yaxşı mənimsəməyə zəmin hazırlayır. “Unikal Kids” məktəbəqədər hazırlıq proqramı uşaqların məktəbə tam hazırlanmasına imkan verir. Proqramımız Azərbaycan Respublikası Təhsil Nazirliyinin təhsil planına uyğundur. Kursdakı məşğələlər uşaqların yaş xüsusiyyətləri nəzərə alınmaqla müasir təhsil metodlarına əsasən keçirilir. Dərslər Azərbaycan və Rus bölmələri üzrə tədris edilir.
- Riyaziyyat və məntiq
- Savad təlimi
- Yazı təlimi
- Bədii ədəbiyyat
- İngilis dili və Rus dili
- Ətraf aləmlə tanışlıq
- Oriqami
- Rəsm
- Aylıq sınaq imtahanları
- Gəzintilər, sərgilər və tədbirlər
***
II növbə: 11:40-14:10
III növbə: 15:00-17:30
HƏFTƏ ƏRZİNDƏ DƏRS GÜNÜ- 3
GÜN ƏRZİNDƏ MƏŞĞƏLƏ SAYI- 4
AYLIQ DƏRS SAATI- 32,5
İLLİK PROQRAM- 10 ay
Məktəbəqədər hazırlığımızın üstünlükləri:
İşimizin əsas istiqamətlərindən biri də valideynlərlə işdir. Məktəbəqədər şagirdinin uğur qazanmasında müəllim və valideyn işbirliyinin əhəmiyyəti danılmazdır. Bunu nəzərə alaraq kursumuz tərəfindən valideyinlər, şagird ev tapşırığını etmədikdə, gündəlik qiymətləndirmə zamanı aşağı nəticə göstərdikdə, dərsə qarşı laqeyid münasibət bəslədikdə, nizam-intizam qaydalarına əməl etmədikdə məlumatlandırılır.Əsas məsələrədən biridə məktəbəqədərin psixoloji vəziyyətidir. Bu tip halların qarşısını almaq üçün biz şagirdlərimizə və onların valideyinlərinə Ödənişsiz Psixoloq xidməti göstəririk. Psixoloqumuz mütamadi olaraq şagirdlərlə və valideyinlərlə seminarlar və fərdi konsultasiyalar keçiririk.
Şagirdlər dərs ili ərzində aşağıdakı imtahanları verirlər:
Məktəbəqədər sınaq imtahanı (Aylıq Sınaq İmtahanı) – Bu imtahan ayda bir dəfə olmaqla, şagirdin müvafiq aylar ərzində orta məktəb dərslərini hansı səviyyədə mənimsəməsini müəyyən etmək üçün kçirilir Nəticə barədə valideynlər məlumatlandırılır.
Həftəlik sınaq imtahanları (Şifahi və yazılı)- Bu imtahanlar həftədə bir dəfə olmaqla yazılı və şifahi şəkildə keçirilir. Əsas məqsəd şagirdin öyrəndiklərini çatdırmaq bacarığını yüksəldməkdir.Nəticə barədə valideynlər məlumatlandırılır.
Məktəbəqədər sınaq imtahanlarımız üçün qeydiyyatdan keçin!
***